Gülmeli şeir ( oxumağa deyer mence )
Gah ağlayıb, gah gülürəm
Paltar yumaqda bilirəm
Ev süpürüb,pol silirəm
Mən niyə evləndim axı.
İşləri salmır təhərə
Ölsün çıxmasın səhərə
Qoymur bir çıxım şəhərə
Mən niyə evləndim axı?
Danışmayıb gülməyirəm
Göz yaşımı silməyirəm
İndiyəcən bilməyirəm
Mən niyə evləndim axı?
Rayonda batıb adım-sanım
Mən nökərəm o da xanım,
Ölsə, qurtarar canım
Mən niyə evləndim axı?
Söz deyirəm hırıldayır
Pişik kimi mırıldayır,
Döyəndədə zırıldayır
Mən niyə evləndim axı?
Qaynana deyir, ay kürəkən
Yoxdu sənə tay kürəkən
Dəmlə mənə çay kürəkən,
Mən niyə evləndim axı?
Ürəyimə vurub yara
baş götürüb gedim hara?
Evdə olub günüm qara
Mən niyə evləndim axı?
Bir qulaq as meyxanama
Necə deyim qaynanama
Atam da deyir anama
Mən niyə evləndim axı.
İndi oturub ağlayıram
Ürəyimi dağlayıram
Dört dənə uşaq saxlayıram
Mən niyə evləndim axı?
evlənməsəydinnn :D
Bir de oxu :D indiki veziyetine uyğun ']
qeweng sukani bele saxla))))
Baw uste *HI*
Yazan ellerive quvvet
Men yazmamiwam